Loading
  • Image
    Procurment, Supply and Delivery services
    of certified products from the global chain of partners, for:

    Oil & Gas industry

  • Image
    Procurment, Supply and Delivery services
    of certified products from the global chain of partners, for:

    Petrochemical industry

  • Image
    Procurment, Supply and Delivery services
    of certified products from the global chain of partners, for:

    Offshore

  • Image
    Procurment, Supply and Delivery services
    of certified products from the global chain of partners, for:

    Shipyard

  • Image
    Procurment, Supply and Delivery services
    of certified products from the global chain of partners, for:

    Construction

Image

OIL SUPPLY MMC

şirkətinin bol çeşidli, yüksək keyfiyyətli və çevik çatdırmalı təchizat xidməti

   Neft-Qaz, Neft-Kimya, Enerji istehsalı, Aviasiya, Gəmiqayırma və İnşaat sektorunda, habelə ətraf mühütün mühavizəsi və ümumi sənayə sahələrində fəalliyyət göstərən müəssisələr üçün dünyanın müxtəlif brendlərini təmsil edən partnyor şirkətlərin geniş çeşidli məhsullarının təchizatı ilə məşğul olan OİL SUPPLY MMC-nin web-səhifəsinə xoş gəlmisiniz. Məhsullarımızın yüksək keyfiyyəti və sifarişlərin vaxtlı vaxtında çatdırılması rəqiblər arasında fərqlənməmizə şərait yaradır.
   OIL SUPPLY MMC-nin təchiz etdiyi məhsullar işçi heyətinizin təhlükəsizliyini heç olmadığı qədər etibarlı etməyə hazırdır. Bakıdakı ambarımızda satışa hazır mallarımız - İşçi geyimləri (standart, odadavamlı vəya reflektiv variantda hazırlanmış gödəkçələr, kombinezonlar, yarım-kombinezonlar, yağış-örtükləri, əlcəklər, T-shirt köynəklər, Polo köynəklər və s.), işçi ayaqqabıları, fərdi qorunma vasitələri (dəbilqələr, sipərliklər, gözqoruyucu eynəklər, qulaq tıxacları, bədən qoşquları və s.), ilkin yardım vasitələri, işarə lövhələri, xüsusi maneələr, habelə ümumi inşaat sektorunda istifadə olunan müxtəlif mallar (elektrikli alətlər, nərdivanlar, yol hərəkət və təhlükəsizlik nişanları) bizə müştərilərimizi hər zaman vaxtında məmnun etməyə imkan verir. Əməkdaşlarınızın keyfiyyətli su ilə təmin olunması üçün əks-osmos texnologiyası üzrə çalışan içmə suyu filterləri də iş yerində tam təhlükəsiz prinsipini tamamlamağınıza yardım edəcəkdir.
   Biznes portfelimizin digər önəmli segmenti qaynaq işləri sektorudur. Qaynaq işlərinizin təhlükəsizliyi və ya ümumiyyətlə bu qaynaq işlərinin keyfiyyətini artırmaq istəyirsinizsə, bu sahə üzrə təchiz etdiyimiz qaynaqçı vasitələrini görməniz üçün Sizləri Bakı şəhəri, Badamdar yolu 156 ünvanında yerləşən sərgi salonumuza və satış mağazamıza dəvət edirik.
   Fəqət, biznes fəaliyyətimizin ən vacib bölməsi Azərbaycan bazarına yüksək keyfiyyətli (Almaniya istehsalı) işçi alətlərinin təchizatı işidir. 2012-ci ildən etibarən OIL SUPPLY MMC, keyfiyyətli işçi alətlərinin alman standartları ilə istehsalı üzrə ixtisaslaşmış və bu sahədə 100 ildən çox təcrübəsi olan ELORA Werkzeugfabrik GmbH şirkətinin Azərbaycanda yeganə rəsmi distribyutoru və satış partnyorudur.
   Bir daha saytımıza göz atmağa imkan etdiyinizə görə sizə təşəkkürümüzü bildirir, bildirmək istəyirik ki, hər birinizin fikir və iradları, habelə təklifləriniz tərəfimizdən diqqətlə nəzərdən keçiriləcək və saytımızın keyfiyyətinin artırılmasına yardım edəcəkdir.